Deputat Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun təşkil etdiyi bayram tədbirində iştirak etdi

Baxılıb:182
Deputat Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun təşkil etdiyi bayram tədbirində iştirak etdi

AzTimes.az xəbər verir ki, martın 17- də Beynəlxalq Türk Mədəniyyət və İrs Fondunun və onun prezidenti Günay Əfəndiyevanın təşkilatçılığı ilə Türk dünyasının milli bayramı – Novruz bayramı keçirildi. Tədbirdə bayram tonqalın müşayəti ilə türk xalqlarının milli mətbəxi, milli musiqisi,milli geyim nümunələri nümayiş olundu. Türk dünyasına daxil olan ölkələrinin səfirləri, millət vəkilləri, ziyalı və ictimai nüfuzlu insanların da qatıldığı gözəl bahar bayramına, milli bayramımıza həsr olunan tədbirdə çox böyük həvəslə iştirak etdim. Bütün türk ellərinə, dünyaya sülh və əmin-amanlıq, rihaf və firavanlıq arzulayıram!Tonqallarimiz gur yansın, süfrəmiz bərəkətli , canımız saglam ! Ölkəmizin tərəqqisi naminə bir olaq, çünki gücümüz birliyimizdədir!


Abunəlik