Deputat “Ağ ölümə yox!” kampaniyasına qoşuldu- ÖRNƏK ADDIM
AzTimes.az xəbər verir ki, 17 avqust 2021-ci il tarixdində 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova növbəti dəfə seçiciləri qəbul etmiş, həmçinin vətəndaş cəmiyyətinin aktiv nümayəndələri və gənclərlə görüşmüşdür.
Görüş zaman Sumqayıt şəhəri Qızıl Ayapara Cəmiyyətinin sədri Mətanət Məhərrəmova təşkilatın fəaliyyəti, həyat keçirdikləri layihələrlə bağlı ətraflı məlumat vermişdir. Millət vəkili QAC-la qarşılıqlı əməkdaşlığın verəcəyi faydalardan bəhs edərək, bir sıra sahələrdə birgə işlərin görülməsini vurğuladı. Daha sonra Narkomaniya üzrə ekspert Emil Maraqlovda son zamanlar “ağ ölüm” adlanan narkomaniyanın fəsadları, bu zərərli vərdişin xüsusilə də gənclər arasında sürətlə yayılmasından narahatlığını bildirdi. Bu sahədə maarifləndirmə işlərinin aparılmasına ehtiyacın olduğunu diqqətə çatdırdı.
Millət vəkili H. Hüseynova qeyd etmişdir ki, son illər respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli güclənmiş, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının da fəallığı nəzərə çarpacaq dərəcədə artmışdır. Lakin bununla yanaşı hər birimizin üzərinə böyük məsuliyyət düşür. Ailələrimizin, uşaqlarımızın sağlamlığının qorunması üçün hər kəs öz töhfəsini verməlidir. Xanım H. Hüseynova bu məsələ ilə bağlı dəfələrlə çıxışlar etdiyini, bundan sonra da lazımı dəstək verəcəyini bildirmişdir. Eyni zamanda, maarifləndirici və məlumatlandırıcı tədbirlərin daha da gücləndirilməsinə ehtiyacın olduğunu qeyd edən millət vəkili birgə layihələrin həyata keçirilməsini təklif etdi.
Hicran xanım Hüseynova TTL məktəbinin şagirdi Məktəblilərarası VI Respublika fənn müsabiqələrinin qalibi Zeynəb Məmmədli, həmçinin Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin bu ilki məzunu,III ixtisas qrupu üzrə yüksən nəticə(680bal) toplayan Fuad Quliyevlə də görüşmüşdür. Hər iki məktəblini təbrik edən xanım Hicran Hüseynova onlara təhsildə və gələcək həyatlarında uğurlar arzulamışdır.
Eyni zamanda, bir neçə seçici qarşılaşdıqları problem və çətinliklərlə bağlı Hicran Hüseynovaya müraciət ediblər. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən, işsizlik, sosial məsələlər və ailədaxili problemlər və həmçinin yaşadıqları ərazidə mövcud ümumi məsələlərlə bağlı olub.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən deputat səlahiyyətlərinə aid olan müraciət, təklif və şikayətlərin həll edilməsi və araşdırılması üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.