De Byazi Ermənistanda çəkdirdiyi bu fotonu paylaşdı, sonra sildi – FOTO

Baxılıb:235
De Byazi Ermənistanda çəkdirdiyi bu fotonu paylaşdı, sonra sildi – FOTO

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi 2015-ci ildə Ermənistanın paytaxtı Yerevanda çəkdirdiyi fotonu rəsmi İnstagram səhifəsində paylaşıb.Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis Albaniya milli komandasının sabiq fizioterapevti, bu yaxınlarda dünyasını dəyişmiş İlli Mixali ilə Ermənistanda çəkdirdiyi şəkili paylaşıb, lakin bir neçə dəqiqə sonra payaşımını silib.De Byazi fotonu bu sözlərlə paylaşıb: “Necə sevindiyin yadımdadır, İlli. Yerevan, 11.10.2015, biz Tarixdəyik! Ailəsinə dərin başsağlı verirəm”.

2015-ci ilin oktyabrın 11-də Avro 2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Ermənistan – Albaniya (0:3) qarşılaşmasından sonra çəkilib. De Byazi həmin vaxt Albaniya milli komandasının baş məşqçisi olub.


Abunəlik