Daxili İşlər Nazirliyindən Göyçay sakininin şikayətinə AÇIQLAMA

Baxılıb:294
Daxili İşlər Nazirliyindən Göyçay sakininin şikayətinə AÇIQLAMA

Martın 9-da Göyçay şəhər sakini Cavid Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Hüseyn Feyzullayev adlı şəxsin ona ev satacağı vədi ilə 4500 manat pulunu ələ keçirdiyini, lakin vədinə əməl etmədiyini bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı H.Feyzullayevin həmin əmlakı C.Məmmədovdan əvvəl başqa bir şəxsə 5000 manata satdığı müəyyən edilib.
Polis Şöbəsinin Təhqiqat bölməsində aparılan ilkin araşdırmadan sonra toplanmış materiallar İstintaq bölməsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 178.1 ( Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ) maddəsi isə cinayət işi başlanılıb, istintaq aparılır.

AzTimes.az


Abunəlik