Daxili İşlər naziri Elşad Hacıyevə yüksək vəzifə verdi
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev tutduğu vəzifədən azad olunaraq, Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi İnformasiya Vasitələri ilə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub.
Eyni zamanda, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsi ləğv edilib.
E.Hacıyev Modern.az-a təyinatını təsdiqləyib.