“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişiklik edildi

Baxılıb:62
“Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Daşınar əmlakın yüklülüyü haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların əhatə dairəsi genişləndirilir. Həmin məlumatların sırasına daşınar əmlakın seriya nömrəsi də əlavə olunub.

Daşınar əmlakın seriya nömrəsi istehlakçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsidir.


Abunəlik