Damlanın oxuduğu toyda atəş açıldı: Polis əməliyyat keçirdi – FOTO

Baxılıb:150
Damlanın oxuduğu toyda atəş açıldı: Polis əməliyyat keçirdi – FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqın edib.

Aztimes.az xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda odlu silahdan havaya atəş açılması səbəb olub.

İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.

Saxlanılanlar arasında Damlanın prodüseri Şamil İbrahimov da olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser həmçinin basqın zamanı lentə aldığı görüntüləri də “Instagram” səhifəsində yerləşdirib.“Qafqazinfo”.


Abunəlik