Daha iki idmançımız Paris olimpiadasına vəsiqə qazandı

Baxılıb:328
Daha iki idmançımız Paris olimpiadasına vəsiqə qazandı

Azərbaycanın daha 2 idmançısı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Serbiyanın Belqrad şəhərində keçirilən üzgüçülük üzrə Avropa çempionatının nəticələrinə əsasən təmsilçilərimiz – Məryəm Şeyxəlizadəxangah və Ramil Vəlizadə rəsmi dəvət əsasında Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 14-dək keçiriləcək.


Abunəlik