Daha bir qadın əri tərəfindən zorakılığa məruz qaldı-Araşdırma BAŞLADILDI

Baxılıb:381
Daha bir qadın əri tərəfindən zorakılığa məruz qaldı-Araşdırma BAŞLADILDI

“9 aylıq körpəsini qoruduğu üçün bu haldadır…Atacıq uşağı öldürməyə təşəbbüs göstərib…Sosial şəbəkədən məni tapıb,dərhal hadisə baş verən ərazi üzrə polis bölməsinə yönləndirdim. Təhqiqat başlanıb…Amma kim qarant verə bilər ki, evə döndüyündə öldürülməyəcək? Yoldaş dediyim şərəfsiz narkotik istifadəçisidir. Sübuta yetirməyə zaman lazımdır…Zaman isə nə qadının,nə də körpənin xeyrinə çalışmaya da bilər…Evə dönə bilməz,qardaşı da öldürəcəyini bildirib…”

AzTimes.az xəbər verir ki, bunu “Uşaqlar Birliyi”nin rəhbəri Kəmalə Ağazadə şəxsi “Facebook” hesabında yazıb. Nəzərinizə çatdıraq ki, zorakılığa məruz qalan qadın Abşeron rayon sakinidir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Binəqədi rayonu 6 -cı Polis Bölməsində araşdırma başladılıb,qadın sığınacağa,azyaşlı körpəsi isə xəstəxanaya yerləşdirilib. Sözügedən qadının təhlükəsizliyinin təmini məqsədilə ad və soyadı məxfi saxlanılır.

Pərvin Abışova ,AzTimes.az


Abunəlik