Daha bir NARKOTİK ALVERÇİSİ saxlanıldı

Baxılıb:178
Daha bir NARKOTİK ALVERÇİSİ saxlanıldı

Astarada narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

AzTimes.az xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Kənan Quliyev saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.Aparılan araşdırmalarla K.Quliyevə narkotik vasitəni satan şəxsin rayon sakini Murad Cümşüdlü olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən və yaşadığı evdən satış üçün hazırlanmış, ayrı-ayrı bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır


Abunəlik