Daha 3 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır
Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Yarışın yeddinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizəyə qoşulacaq.
Əliabbas Rzazadə (57 kq) 1/16 finalda koreyalı Sunqvon Kimlə qarşılaşacaq.
Turan Bayramov (74 kq) 1/16 finalda bolqarıstanlı Miroslav Kirovla üz-üzə gələcək.
Osman Nurmaqomedov (92 kq) 1/8 finalda Strahinja Despiç (Serbiya) – Maksvel Qarita (Kosta-Rika) görüşünün qalibiylə güləşəcək.