Dağlıq Qarabağda cəmi 20 min erməni yaşayır – BMT-dən ŞOK AÇIQLAMA

Baxılıb:292
Dağlıq Qarabağda cəmi 20 min erməni yaşayır – BMT-dən ŞOK AÇIQLAMA

AzTimes.az olaraq  ermənilərin Yuxarı Qarabağa qaytarılma prosesini diqqətlə izləyirik. Və bununla bağlı davamlı şəkildə apardığımız araşdırmalarımızın nəticələrini oxuculara təqdim edirik. Bu günsə bu məsələ ilə bağlı çox maraqlı məlumatlar əldə etmişik.

Xəbərə keçməzdən öncə deyim ki, hələ yanvar ayının əvvəllərində etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən bildirmişdik ki, noyabrın 10-dan sonra Ermənistandan Yuxarı Qarabağa 25-30 min arası erməni qayıdıb. Onların da bir qismi həyat və iş şəraitinin olmaması üzündən yenidən Ermənistana, daha sonra Rusiya və digər xarici ölkələrə üz tutublar.

Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin də məlumatını yaymışdıq. Həmin məlumatda deyilirdi ki, Qarabağa qayıdan əhalinin sayı siyasi məqsədlər üçün qəsdən artıq göstərilir. Bütün deyilənlərin və bizim yazdıqlarımızın ötən gün rəsmi təsdiqi gəldi. Dünən Rusiya mətbuatında BMT-yə istinadən məlumat yayıldı ki, 20 yanvar 2021-ci il tarixədək Qarabağa cəmi-cümlətanı 20 min erməni qayıdıb. Məlumat BMT-nin Ermənistandakı müvafiq qurumlara sifariş etdiyi araşdırma hesabına təsdiqlənib. Araşdırmada qeyd olunur ki, Ermənistan Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, son 6 ayda Dağlıq Qarabağdan ölkəyə təxminən 91 min qaçqın gəlmişdir. Müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Dağlıq Qarabağa qayıdıb. Aparılan sorğu nəticəsində məlum olub ki, qaçqın ermənilərinin təxminən 70% -i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmürlər.

Məlumatda daha sonra deyilir: “Keçən ilin payızında İkinci Qarabağ müharibəsindəki dağıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan bir çox Qarabağ ermənisi indi çətin vəziyyətdədir. BMT-nin sifarişi ilə 22 yanvar 2021-ci il tarixli bir araşdırmaya görə, “qaçqın” vəziyyətinə düşən erməni ailələrinin 85 %-dən çoxu indiki halda Qarabağa qayıtmaq istəmir. Qalan 15% -nə gəldikdə isə onlar Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

/konkret.az


Abunəlik