DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd edəcək

Baxılıb:130
DAA Belarusiyada cumhuriyyətin 101 illiyini qeyd edəcək

AzTimes.az xəbər verir ki, mayın 28-də Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə Belarusiyanının Minsk şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
“Merci Baku” restoranında keçiriləcək tədbir çərçivəsində tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və milli dövlətçilik ənənələrinin formalaşmasında dövlət qurucularının həyata keçirdiyi müstəsna fəaliyyət barədə də geniş məlumat veriləcək.
Tədbirdə Belarusiyanın dövlət nümayəndələri, siyasi partiya nümayəndələri, şirkət rəhbərləri və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri, mətbuat nümayəndələri iştirakı gözlənilir.
Baş tutacaq tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, həmin dövrlərdə mövcud vəziyyət və xalqımıza qarşı törədilən qanlı cinayətlər barədə söhbət aparılacaq.
Daha sonra tədbir Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə rəqs qruplarının və müğənnilərin ifası ilə davam edəcək. Sonda qonaqlara ziyafət veriləcək.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir