Dərslər yenə təxirə salınacaq?- Nazir valideynlərə müraciət etdi

Baxılıb:1069
Dərslər yenə təxirə salınacaq?- Nazir valideynlərə müraciət etdi

Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar orta və ali məktəblərdə dərslə dayandırılıb. Məktəblərin sentyabrda da açılmayacağı deyilir.

Ölkənin təhsil naziri Ziya Səlcuq məsələyə münasibət bildirib.

Qeyd edək ki, Türkiyədə dərslərin 31 avqustda başlanacağı deyilirdi. Lakin sonra məktəblərin açılması sentyabrın 21-ə salındı.

Nazir dərslərin başlana biləcəyini bildirib. “Məktəblərin açılması yenidən təxirə salına bilərmi” sualına belə cavab verib: “Pandemiyanı birlikdə məğlub edəcəyik. Siz qoruyucu maskanızı taxın, sosial məsafəni gözləyin, biz də məktəbləri açaq, uşaqlarımız dərsə getsinlər. Bunu sizdən müəllimlər və şagirdlər adından xahiş edirəm”.(cebheinfo)


Abunəlik