Dərman qıtlığı yaşanır: insanlar bu preparatları tapa bilmirlər
Almaniyada ən azı 500 dərman preparatının, o cümlədən antibiotik və qızdırmasalıcı dərmanların tədarükündə ciddi problemlər var. Alman mediasının məlumatına görə, bu dərmanların ən azı 300-dən çoxu üçün tədarük çatışmazlığı 2024-cü ilin noyabrına qədər davam edəcək.
Həkim və apteklər mütəmadi olaraq dərman təminatında problemlər barədə xəbərdarlıq edirlər. Təkcə 2024-cü ilin sentyabr ayı ərzində 93 dərman vasitəsinin çatışmadığı bildirilir.
Almaniya Federal Dərman və Tibbi Cihazlar İnstitutunun (BfArM) hesabatına görə, bir neçə aydır ki, 502 dərman çatışmazlığı yaranıb. Bu dərmanlara antibiotik, diabet dərmanları kimi tanınan bəzi preparatlar daxildir.
Şimali Reyn-Vestfaliya ştatının qəzeti də dərman tədarükündəki vəziyyətdən yazıb. Əyalətin Səhiyyə Nazirliyi bir neçə aydır ki, xəstəxana və klinikaların ehtiyacının yalnız 50 faizinin təmin edildiyi məlumatını paylaşıb.