Dəmir yolunda baş vermiş ölüm hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Baxılıb:99
Dəmir yolunda baş vermiş ölüm hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün saat 11:50 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb.

Bildirilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb.


Abunəlik