“Dəhşət hələ qabaqdadır” – Zirəddindən 2023-cü illə bağlı ŞOK PROQNOZLAR
Rusiyada yaşayan azərbaycanlı tanınmış ekstrasens Zirəddin Rzayev 2023-cü illə bağlı şok proqnozlar verib.
Zirəddin Rzayev Pravda.az-a müsahibəsində deyib ki, 2023-cü ildə dünyada dəhşətli hadisələr baş verəcək.
“21 dekabr 2021-ci ildə öz “İnstagram” səhifəmdə su daşqınlarının olacağını söyləmişdim. 2022-ci ilin 7 yanvar tarixində “Moskvabaku.ru” xəbər portalı rəsmi olaraq bu proqnozlarımı yayımladı. 2022-ci il məhz su daşqınları ilə tarixə iz buraxdı. Çox təəssüf ki, bu hadisələr 2023-cü ildə də təkrar olunacaq. Orta Asiya və Avropa qitələrində təbii fəlakətlər aktivləşəcək. Bura xüsusən zəlzələlər, qasırğa və su daşqınları daxildir. Təəssüf ki, son on illikdə müharibə və hərbi konfliktlərlə yanaşı, eyni zamanda dünya özü də insanlığa savaş elan edəcək. Hətta o məqama çatacaq ki, təbii fəalkətlər insanların diqqətlərini hərbi konfliktlərdən yayındıracaq”, – ekstrasens deyib.
Z.Rzayev vurğulayıb ki, Ukrayna-Rusiya hərbi qarşıdurması hələ başlanğıcdır: “Dəhşət hələ qabaqdadır. Qərbin hiyləgər siyasəti Rusiyanı digər qonşuları ilə yeni hərbi konfliktlərə məcbur edəcək. Burada məqsəd Rusiyanı öz qonşuları ilə düşmən etməkdir. Bu, Qərbin illər öncəyə dayanan planından irəli gəlir. Rusiya öz qonşuları ilə konfliktlər yaşasa, bu, o deməkdir ki, Rusiya artıq hər tərəfdən iqtisadi və geopilitik baxımdan mühasirədə olacaq. Qərbin yeganə məqsədi Rusiyanı parçalamaqdır”.
Ekstrasens deyib ki, COVİD-19 virusu süni yaradılmış virusdur: “Bunu hələ 2017-ci ildə Rusiya və Azərbaycan mətbuatına söyləmişdim. Hətta virusun süni yolla laboratoriyada yaradıldığını da demişdim. Təssüf ki, bəlli səbəblərdən virusun süni yaradılması barədə proqnozumu mətbuatda yazmadılar. İndi isə hər kəs bilsin ki, hələ qarşıda gələn illər bizi COVİD-19 kimi viruslarla çox qorxudacaq. Həmçinin buynuzlu heyvanların, xüsusən inəklərin viruslara yoluxacağını görürəm. Çox təəssüf ki, bu da süni yaradılmış virusdur. İnəklərin cəsədləri göz önündədir – cəsədlərin yandırıldığını görmək məni dəhşətə gətirir”.
Onun proqnozuna görə, dünya liderlərindən biri sağlamığı ilə bağlı ciddi problem yaşayacaq: “Adını çəkmək istəmirəm. Ancaq bir şey deyə bilərəm ki, dünya şöhrətli liderlərdən biri infarkt və insult xəstəliyindən xəstəxanaya düşəcək. Onu da deyim ki, həmin lider müsəlman ölkələrindən birinə aiddir. Vladimir Putinə gəldikdə, onu siyasəti yox, ancaq sağlamlığı məyus edəcək. Sağlamlıq baxımından son iki il onun üçün bir o qədər də uğurlu il deyil. Ələlxüsus da, 2023-cü il…”.