Çox su içmək ölümə səbəb olur! – Alimlərdən təəccübləndirən AÇIQLAMA

Baxılıb:85
Çox su içmək ölümə səbəb olur! – Alimlərdən təəccübləndirən AÇIQLAMA

Sağlam həyat üçün bədəninizin ehtiyacı olduğu qədər su içmək lazımdır. Su həyat mənbəyidir və orqanizm üçün saysız-hesabsız faydaları vardır. Ancaq ABŞ-da aparılan bir araşdırma, çox su istehlakının zərərli ola biləcəyini üzə çıxarıb. Məlum olub ki, xüsusilə idman zamanı çox su içmək ölümlə nəticələnə bilər.

ABŞ-da aparılan araşdırma xüsusilə idman kimi bədən fəaliyyətlərı zamanı su istehlak etməyin sağlamlıq üçün ciddi risk yaratdığını göstərib. ABŞ tədqiqatçıları xəbərdarlıq edirlər ki, idman zamanı həddindən artıq su içmək hətta ölümlə nəticələnə bilər.

Həddindən artıq su istehlakı səbəbindən idman zamanı qanda natrium səviyyəsinin azaldığı və insanların hiponatremidən əziyyət çəkə biləcəkləri bildirilir. Ən az 14 idmançının məşq zamanı çox su içdiyi üçün həyatını itirdiyi ifadə edilən açıqlamada, bədəndə həddindən artıq su istehlakının yaratdığı problemlər belə izah edilir:

“Lazımından çox su içdikdə qanda natrium azalır. Hiponatremi ciddi bir vəziyyətdir və baş ağrısı, zəiflik, qusma, əzələ krampları və hətta huşunu itirmə kimi simptomlara səbəb ola bilər. Böyrəklərdə çox maye yığıldıqdan sonra bədəndəki hüceyrələr artıq mayeni saxlamağa çalışır. Bu, bədənin müxtəlif yerlərində ödemə səbəb olur. Beyində meydana gələ biləcək ödem komaya və hətta ölümə səbəb ola bilər”.

Bu hal idmançılarla yanaşı, həddindən artıq tərləmə nəticəsində natrium itirən şəxslərdə baş verə bilər

Alimlər bildiriblər ki, ancaq buna görə su içməkdən çəkinmək lazım deyil. Su istehlakı bədən və orqanların müntəzəm işləməsinə kömək edir. Kifayət qədər miqdarda su istehlak etmək dərinin sağlam və nəmli qalmasına səbəb olur. Əksinə dəri susuz qaldıqda cansız və yaşlı görünür. Bundan əlavə, həzm üçün də su içmək vacibdir. Bağırsaq sağlamlığını qorumaq, ödemi və bədəndə yığılan toksinləri çıxarmaq üçün hər gün 8-10 stəkan su içmək lazımdır.

Kifayət qədər miqdarda su içmək böyrəklərin düzgün işləməsinə kömək edir. Bu, böyrək daşı riskini azaldır. Su içmək insanı tox saxlayır, nəticədə az yeyirsiniz, kökəlmə riskiniz aradan qalxır.

Hər bir fərdin suya ehtiyacı fərqlidir, ona görə də şəxsi ehtiyaclarınıza uyğun su istehlakı miqdarını müəyyən etməlisiniz.


Abunəlik