COVID-19-a yoluxmuş şəxsdən tüpürcək alıb müdirinin çayına qatdı – FOTO

Baxılıb:176
COVID-19-a yoluxmuş şəxsdən tüpürcək alıb müdirinin çayına qatdı – FOTO

Türkiyədə avtomobil salonunun satıcısı COVID-19-a yoluxmuş bir nəfərdən tüpürcək alıb müdirinin çayına töküb.

“Aztimes.az”ın məlumatına görə, indi o, məhkəmə qarşısına çıxacaq.

Avtosalonun sahibi İbrahim Ünverdi, işçisi Ramazan Ç.-yə avtomobil sövdələşməsi üçün 215.000 türk lirəsi (51 600 AZN) verib. Lakin, ertəsi gün işçi ona zəng edib müqaviləni bağlamadığını və pulu öz kreditini ödəməyə sərf etdiyini deyib.

Digər işçilərin sözlərinə görə, Ramazan Ç. müdirini öldürmək istəyib. İddiaya görə o, koronavirus xəstəsindən 70 dollara tüpürcək alıb və Ünverdinin çayına qatıb. Lakin müdiri içmədiyi üçün, təhlükəli xəstəliyə yoluxmayıb.

Bundan sonra işçi Ünverdinin özünü hədələməyə başlayıb. Onun göndərdiyi ismarıcların birində belə deyilir:

“Mən səni tüpürcəklə öldürə bilmədim. Gələn dəfə səni başından güllələyəcəyəm”.

Sonda avtosalonun rəhbəri polisə müraciət edib. İşçi saxlanılıb.

Ona qarşı “cinayətə təşəbbüs” maddəsi ilə cinayət işi açılıb.LADbible.


Abunəlik