Çörək sexində sanitar-gigiyenik qaydalar pozulub – FOTO

Baxılıb:130
Çörək sexində sanitar-gigiyenik qaydalar pozulub – FOTO

Çörək və unlu məmulatların istehsalı sexində nöqsanlar aşkar olunub.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Agentlik əməkdaşları tərəfindən Şamaxı şəhəri, N.Nərimanov küçəsində fəaliyyət göstərən çörək və unlu məmulatların istehsalı sexində yoxlama keçirilib.

Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, həmçinin mütəmadi olaraq dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı aşkar olunub. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.


Abunəlik