Çiyələyin çoxlarının bilmədiyi gözlənilməz xüsusiyyətləri açıqlandı – FOTO

Baxılıb:121
Çiyələyin çoxlarının bilmədiyi gözlənilməz xüsusiyyətləri açıqlandı – FOTO

Çiyələk xərçəng, katarakt, qlaukoma, ürək-damar xəstəliklərinin qarşısının alınması, həmçinin immunitet sisteminin fəaliyyətinin yaxşılaşdırılması üçün faydalıdır.

Bu barədə rusiyalı elm adamları məlumat veriblər.

Mütəxəssislər bu giləmeyvənin çoxlu antioksidant ehtiva etdiyini, həmçinin orqanizmdə xərçəng və şişlərin inkişafının qarşısını aldığını bildiriblər.

Tibb işçilərinin sözlərinə görə, çiyələk göz üçün də çox faydalıdır. Belə ki, giləmeyvənin tərkibindəki antioksidantlar kataraktın qarşısının alınmasına kömək edir, antosianlar isə qlaukoma riskini azaldır.

Həkimlər antosianların başqa bir faydası kimi damar divarlarının vəziyyətinə müsbət təsirini, həmçinin aterosklerozla nəticələnən iltihabı azaltmasını göstəriblər.
Giləmeyvənin tərkibindəki yüksək miqdarda kalium ürək əzələsinin yaxşı işləməsinə kömək edir.

Mütəxəssislər çiyələkdə “C” vitamininin yüksək miqdarda (100 qramda gündəlik normanın 70 faizi) olmasının immunitet sisteminin fəaliyyətinə yaxşı təsir etdiyini bildiriblər.

Həmçinin giləmeyvənin liflərlə zəngin olması orqanizmin xəstəliklər qarşısında müqavimətini artırır.


Abunəlik