Cinayət qanunvericiliyində hansı dəyişikliklər edilib?

Baxılıb:172
Cinayət qanunvericiliyində hansı dəyişikliklər edilib?

Cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib.

Bu barədə Məhkəmə-Hüquq Şurasının növbəti iclasında çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov məlumat verib.

Bildirilib ki, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin Fərmanının icrası üzrə tədbirlər davam etdirilir:

“Mühüm qanunvericilik aktlarının hazırlanıb və bir çoxu qəbul edilib. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib”.Oxu.az.


Abunəlik