Çin planetin fırlanmasını nə qədər yavaşladıb?
Çinin “Üç dərə” su elektrik stansiyası Yerin gününə 0,06 mikrosaniyə əlavə edir.
Bunu NASA-nın Goddard Kosmik Uçuş Mərkəzinin geofiziki Benjamin Fonq Çao bildirib.
Onun sözlərinə görə, 22,5 GVt gücü ilə dünyanın ən böyük su elektrik stansiyası olan “Üç dərə” Yer kürəsinin fırlanmasını ləngidir. Alimin fikrincə, bu, kainatın mövcud olduğu bütün dövr üçün üç gündən bir qədər çox vaxta bərabər gecikmə deməkdir.
Qeyd edək ki, uzunluğu 2335 metr və hündürlüyü 185 metr olan struktur Hubey əyalətində Yantszı çayı üzərində yerləşir. Obyektin tikintisi 2012-ci ildə başa çatdırılıb. O, dəniz səviyyəsindən 175 metr yüksəklikdə saxlanılan 40 kub kilometr su ilə doldurulub. Bu mayenin həcmi planetin kütləsinin paylanmasını dəyişib və onun fırlanmasını yavaşladıb. Həmçinin planetin oxu təxminən 2 santimetr yer dəyişib.