Ceyhun Bayramova sərt tələb: “Vətəni obyektə çevirməyin !”

Baxılıb:820
Ceyhun Bayramova sərt tələb: “Vətəni obyektə çevirməyin !”

Ceyhun Bayramov hələ təhsil nazirinin müavini olduğu dönəmdə onunla görüşüm barədə ətraflı yazmışdım. Diplomuma baxıb , -“bu qədər ixtisası necə almısız ?” – suallarına verdiyim cavabdan sarsılması bu gün də gözümün önündən getmir. Və – ” siz təhsilimizi çox geri aparırsınız , cənab ” – sözlərimə yaşayarıq, görərik “- cavabı da qulaqlarımda indi də cingildəyir. Yaşadıq və gördük. Cərimə batalyonuna çevrilmiç təmsilçilərinizi və bazar iqtisadiyyatına çevrilmiş təhsilimizin səviyyəsini ..
“Toplananların yerini dəyişdikdə , cəm dəyişməz “. Bu gün XİN postunu icra edən Ceyhun Bayramov haqqında İqbal Ağazadə çox gözəl vurğuladı ki, bu posta rəhbərlik edən şəxs mütləq və mütləq siyasətçi olmalıdır. Mütləq həqiqətlərə isə utopiya lazım olmur.
Bu sözlər C.Bayramovun komandasını özü ilə daşımasında da özünün təsdiqini tapdı.
Bakı şəhər Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Şahin İsgəndərov XİN İşlər İdarəsinin rəisi təyin olunub. ( P.S onun Mikayıl Cabbarovla qohum olduğu da deyilir.) Təhsil nazirinin müşaviri Elnur Məmmədov da XİN-də yeni vəzifəyə təyin olunub.‬ Vətəni obyekt kimi idarəyə davam etmək ənənəsinə sadiq qalanlara :
” Yenədəmi yaşayıb, görməliyik???”

Mehriban Sadıqova /AzTimes.az/


Abunəlik