Çay içənlərin nəzərinə – Elmi araşdırma
ABŞ alimləri hər gün çay içən insanların içməyənlərə nisbətən ölüm riskinin 9-13 faiz daha az olduğunu aşkar ediblər.
Elmi araşdırma 2006-2010-cu illərdə çoxlu çay içən britaniyalılar arasında aparılıb və araşdırmaya qatılan təxminən 500 min insan 11 il ərzində izlənilib.
Alimlər nəticələri açıqlayaraq, “gündə ən azı iki dəfə çay içən insanların ölüm riskinin 9-13 faiz daha az olduğunu” bildiriblər.
xarici media