CanlıXəritə:Füzuli işğaldan azad edildi?!

Baxılıb:1291
CanlıXəritə:Füzuli işğaldan azad edildi?!

Bu gün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan bir video paylaşdı. Videodakı ərazilərin geolokasiyasını sizlər üçün araşdırdıq və hara olduğunu tapdıq.

Video Füzuli şəhərinin şimalında Ermənistan Müdafiə Nazirliyi tərəfindən çəkilib. Videoya əsasən, Azərbaycan Ordusunun Füzulini tamamilə işğaldan azad edildiyini demək olar. Çünki, videonun çəkildiyi yer və Ermənistan ordusunun olduğu yer Füzuli-Xocavənd yoludur. Təpələrdə isə Azərbaycan Ordusu yerləşir və təpədən arxada isə Füzuli şəhərini görürsünüz.

Çox güman ki, ORDUMUZ şəhərin şimalında yerləşən strateji nöqtələri tam nəzarətə aldıqdan sonra Füzuli şəhərinin rəsmən işğaldan azad edildiyi açıqlanacaq.
AzTimes.az (shedevrplus)


Abunəlik