“Çadralı məmuru” tapın!-“Mehr” müxbiri” əməliyyatını kim təşkil edib?.. ŞOK

Baxılıb:576
“Çadralı məmuru” tapın!-“Mehr” müxbiri” əməliyyatını kim təşkil edib?.. ŞOK

“Çadralı məmuru” tapın…

“Mehr” müxbiri” əməliyyatını kim təşkil edib?..

…Hadisə baş verən gün, yəni Azərbaycan Prezidenti Ilham Əliyevin iranlı jurnalistlə zaman etibarı ilə rekord qıran mətbuat konfransındakı mübahisəli qısa söhbətlərində belə yazdım: “Sual çadrasız və prespektivə hesablanmış idi. Böyük Turan nədir, bəzi dairələr yaxşı qanır. Prezidentin verdiyi xilas şanslarını da dəyərləndirilmədi xanım jurnaliat. Niyə? Hazırlıqsız idi. Sual öz ağlının və bilgisinin məhsulu deyildi”…

..Prezidentin son ana qədər səbr göstərməsi də diqqət çəkirdi. Elə təəssürat yarandı ki, dövlət başçısı bu yersiz mübahisənin ciddi problemlər yarada biləcəyini yaxşı anladığı üçün qarşı tərəfə və onun müxbirinə sakitləşmək şansı verir: “Dost ölkədən gəlmisiniz, ona görə belə şaiyələri yayanda diqqətli olun”…


“Mehr” haqqında qısa arayış: Agentlik 2003-cü ildə təsis edilib. Fars, türk, ingilis, ərəb, kürd və urdu dillərində xəbər hazırlayır. Agentliyin təsisçisi, İslam İdeologiyasını Təbliği Təşkilatıdır. Təşkilat mərhum Ruhulla Xomeyninin “İslam mədəniyyətini və ideologiyasını inkişaf etdirmək və təbliğ etmək məqsədi ilə” verdiyi fərmanda sonra 1981-ci ildə qurulub. Yəni indi də birbaşa Iranın ali dini rəhbərinə tabedir.

Bu məqama xüsusi diqqət edək. “Mehr”in sözü IRNA-dan sonra, Iranın rəsmi dairələrinin fikri, qənaəti, perespektiv planından xəbər verir. Orada yazılan, deyilən hər söz, fikir bu səbəbdən nəzərə alınır. Məhz bu səbəbdən agentlik yayım siyasətində son dərəcə ehtiyatlı , həssas və diqqətlidir. Regional məsələlərə, dosta, düşmənə, üonşuys davranışda son dərəcə ehtiyatlıdır. Bu arada “Mehr”in azərbaycanlı həmkarları ilə rəsmi tərəfdaşlıq müqavilələrinin olmasına dair məlumatlar var. İndiyədək Azərbaycan və Türkiyə ilə bağlı ən neytral xəbərləri Iran KIV-ləri arasında məhz onların təqdim etdiyi bildirilir.

Indi sual yaranır, belə bir durumda, Qarabağ münaqişəsindən yana informasiya savaşının tən ortasında, “Mehr”-in jurnalisti və ya kiminsə “seçilmiş” ələmanı neynəmək istədi və ya neynədiyinin fərqində oldumu?!

Bir neçə ildir agentliyə gətirilən xanım müxbirə Ermənistandakı vəziyyət, Qarabağda azərbaycanlı “ədalətsizliyi” haqda yazılar yazdırılanda da o bəlkə heç nəyin fərqində deyidi, ya da fərqində olmadığını “oynayırdı”.

Əslində bunun da məsələyə dəxli yoxdur. Məsələyə onun dəxli var ki, bünövrəsində ehtiyatlılıq, dostluq olan bir agentliyin imajını zədələməklə yanaşı, həm də məkirli niyyətdən ortaya qoyuldu.

Xanim müxbiri söyən, təhqir edən çoxlu sayda KIV və ictimaiət nümayəndəsi oldu. Ancaq kimsə düşünmədi ki, xanım müxbiri Azərbaycana gətirənləri həm də içəridə arasınlar. Bu gün ölkə KIV-ində də, hökumətində də hələ harasapərəstlər var. Bu sirr deyil. Gizlin də deyil, işləyirlər. Onlar həm də eks oleqarx məmurlarla ittifaqdadırlar. Qalır o ki, ciddi bir araşdırma, ardıyca da ürəkli bir açıqlama yapılsın. Bir sözlə eks və ya hələ də postda olan o “çadralı məmur” ortaya çıxarılsın. Zamanı oldu, olmadı “su bulandırmağının” hesabını da ödəsin…

Jalə Mütəllimova/AzTimes.az/

.


Abunəlik