Cənublu aktivistlər Azərbaycan prezidentinə məktub YAZDI

Baxılıb:323
Cənublu aktivistlər Azərbaycan prezidentinə məktub YAZDI

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ
AÇIQ MƏKTUB
Əziz və Hörmətli Prezident Cənab İlham Əliyev,
Sizin də son zamanlarda vurğuladığınız kimi Azərbaycan Respublikası xaricində yaşayan
azərbaycanlıların çoxu Güney Azərbaycan türklərindən təşkil tapmaqdadır. Arazın cənubunda
yaşayan Azərbaycan türkləri həmişə zorla ayrı düşdüyü Quzeydəki “özü”nü nəsildən-nəsilə
röyalarında, mahnılarında qoruyub saxlamışdır. “Arazı ayırdılar, qum ilə doyurdular, mən
səndən ayrılmazdım, zor ilə ayırdılar” bayatısı hər bir azərbaycanlının beşikdən eşitdiyi
laylayı olmuşdur. Bu “ayrılıq” yarasının dərdi belə musiqi notaları ilə birləşib sərhədləri aşıb
dünyaya çatmışdır. Daha sonra bağrımız, Vətənimizin vandal düşmən tərəfindən işğal
olunması ilə qana batsa da, Zati-alinizin rəhbərliyində və Vətən şəhidlərimizin
qəhrəmanlıqları ilə külündən doğan güclü və iqtidarlı Azərbaycanın ortaya qoyduğu böyük
əzm və birliklə, 44 günlük vətən muharibəsi sonunda bütün azərbaycanlılara gələcəyin işıqlı
olduğunu göstərmişdir.
Bu gün İranda baş verən hadisələr və rejim və onun müxalifətinin ortaya qoyduğu anti türk və
anti Azərbaycan siyasətləri hamıya aydındır.
Biz buna inanırıq ki, yaxın gələcəkdə baş verəcək olan dəyişikliklər nəticəsində Cənubi
Azərbaycanda yaşayan xalqımız öz müqəddəratını özü ələ alacaqdır. Bu günlərdə
Azərbaycanda ən çox eşitdiyimiz xalq mahnısı “Yar bizə qonaq gələcək” mahnısıdır. İnanırıq
ki, bu həsrət tezliklə bitəcəkdir.
Hörmətli Prezident,
Bu doğrultuda Güney Azərbaycan türkləri ilə bağlı tarixi bəyanatlarınız və dəstəkləriniz üçün
Güney Azərbaycanın milli aktivistləri olaraq öz təşəkkür və minnətdarlığımızı bildiririk.
Güney Azərbaycan Milli Aktivistlərindən;
Dr. Rıza Heyət
Dr. Əlirıza Abdullahi
Elyar Türkər
Dr. Babək Şahid
Elman Nuri
İlqar Ulusoy
Mehdi Nəimi
İsa Doğanlı. AzTimes.az


Abunəlik