Cəlilabadda şadlıq sarayları 8000 manat cərimələndi

Baxılıb:385
Cəlilabadda şadlıq sarayları 8000 manat cərimələndi

Cəlilabadda karantin qaydalarını pozan şadlıq sarayları 8000 manat cərimələndi.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı “Dostluq” və “Yamal” şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub. Həmin obyektlərin sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunublar.


Abunəlik