Cəlilabadda avtoxuliqan həbs edildi
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.Belə ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Cəlilabad rayon sakini R.Qəhrəmanov olduğu müəyyən edilib. İdarə etdiyi “Vaz 2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. R.Qəhrəmanov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.