Cəlilabad rayonunda koronovirusa yoluxmuş xəstələrlə necə davranırlar?-Xəstənin öz dilindən…

Baxılıb:719
Cəlilabad rayonunda koronovirusa yoluxmuş xəstələrlə necə davranırlar?-Xəstənin öz dilindən…

Qurbanov Mehman Əli Bayram oğlu. 1971-ci ilə Biləsuvar şəhərinin İsmətli kəndində anadan olub. Ailəlidir, üç övladı var. Rusiyada yaşayır, bu il mart ayında ailəsi ilə birlikdə novruz bayramı münasibəti ilə ölkəyə gəlib, məlum karantin rejimi ilə əlaqədar geri dönə bilməyib…
Mehman “Covid-19” a necə yoluxmasını AzTimes.az-a danışıb. “Bir neçə gün öncə özümü pis hiss etdiyim üçün xəstəxanaya müraciət etdim. “Covid-19 “-a görə testdən keçdim. Cavab pozitiv çıxdı. Dərhal Cəlilabad RMX – a yerləşdirildim. Xəstəxananın qapısından daxil olan gündən, ta xəstəxanadan çıxanadək  böyük hörmət və qayğı gördüm. Sadə sanitar işçidən tutmuş , baş həkimə qədər hər kəs mənə böyük diqqət və qayğı göstərdi. Qısa müddət ərzində sağlamlığım bərpa olundu. Bu fədakar insanların qarşısında baş əyir,  bütün ailə üzvlərim adından təşəkkür edirəm. Xususilə də mənim xəstəliklə ölum-dirim mübarizəsi apardığım o anlarda sutkalarla gözlərini belə qırpmadan xəstələrin qulluğunda duran
Mirzəyev Vüqar Elihüseyn oğlu (hekim-terapevt)
Abdulhüseynova Mirmələk Mirsətdar qızı (tibb bacısı)
Səfərli Sahib Aydın(tibb işçisi)
Fərəcova Dürdanə Saleh(tibb bacısı) kimi ağ xalatlı qəhrəmanlarımızı vurğulamaq istəyirəm. Azərbaycan səhiyyəsi bərbad gündədir. Bu danılmaz olsa da bilin və əmin olun ki, bax bu cür zəhmətlərı milyonlarla belə ödənilməyəcək həkimlərimiz var!


Nihat Cəbrayıl , Cəlilabad /AzTimes.az/


Abunəlik