Cəbhədə döyüşən müğənnidən maraqlı açıqlamalar – “Vuruşan azərbaycanlılar idi…”
Tanınmış azərbaycanlı müğənni, “Yeni ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov könüllü olaraq Vətən uğrunda döyüşlərə qatılaraq, ön cəbhədə əsgərlərimizə əlindən gəldiyi qədər yardım edib.Özünün də dediyi kimi, o cəbhənin ən qaynar nöqtələrinə oxumaq üçün yox, vuruşmaq üçün getdi.
Bu barədə BiG.AZ-a eksklüziv açıqlama verən müğənni ilə müsahibəni olduğu kimi təqdim edirik:
Cəbhə bölgəsində oldunuz, müharibənin ən qaynar nöqtələrində əgərlərimizə kömək etdiniz və döyüşdünüz.Özünüzü necə hiss edirsiz?
-Mən hər dəqiqəsi təhlükəli olan bir yerdə avtomobil xidmətində idim. Təminatların ön cəbhəyə çatdırılmasında iştirak etdim.
Heç nədən qorxmadan, çəkinmədən Vətənimə xidmət edirdim.Yanımıza düşən “minomyot”lar, qumbaralar və digər partlayıcı vasitələr belə bizi qorxutmurdu.
Vətən müharibəsində ön cəbhədə vuruşmusuz.Yəqin ki, təhlükəli məqamla rastlaşmısız.Ölümlə üz-üzə qalanda nə düşündünüz ?
-Ölümdən heç vaxt qorxmamışam.İlk növbədə ailəli olmadığım üçün. Əgər ailəli olsaydım, ailəmə, uşağıma görə bəlkə də qorxardım.Bir şeyi deyim ki, gələcəkdə övladım məndən soruşanda ki, “ata sən Vətən müharibəsində iştirak etdinmi?” Ona deyə bilmərəm ki, “yaşım düşmürdü”.
Deyəcək ki, “ata bəs yaşın düşmürdüsə, vicdanın necə sakit oldu?”.Elə içimdəki vicdan və Vətən eşqi susmadığı üçün, yaşım uyğun olmasa da getdim.
Maraqlıdır, doğrudan da yaşınız düşmürdü.Bəs necə oldu ki, siz bu müharibədə iştirak etdiniz?
-38 yaşım var və məni bu səbədən cəbhəyə buraxmırdılar. Postlarda dedilər ki, “sənin yaşın 38-dir, ikincisi sən şou adamısan, yəqin şou göstərməyə gedirsən”.Dedim ki, ” mənb şou adamı olsam da, cəbhəyə vuruşmağa gedirəm”. Dedilər “mümükün deyil, biz səni buraxmayacağıq”. Məni heç buraxmadılar. Mən də məcbur qalıb 7-8 kilometr bir gün gecə ilə piyada getdim.Gecə dağ tərəflərlə, təpələrlə gedib Horadizə çatdım və orda da komandirlər var idi.Dedim “gəlmişəm nə köməklik lazımdırsa, edirəm.
Uşaqların saçını, saqqalını qırxım, yemək bişirim, yük daşıyım, maşın sürüm.Nə lazımdırsa edəcəm”.Və beləliklə yuxarı qalxdıqca sağ olsunlar şərait yaratdılar ön cəbhəyədək getdim.Şükür ki, edəcəyimi etdim, əsgərimizin yanında oldum. Arzum idi Xocalıdakı ana-bacılarımızın qisasını almaq.İnidi əsas odur mənim vicdanım rahatdır.
Bir də bir faktı qeyd edim ki, bu gün sosial şəbəkələrdə bəzi düzgün olmayan məlumatlar yayılır.Mən orada iştirak edən biri kimi deyə bilərəm ki, Vətən müharibəsində azərbaycanlılardan başqa əgər hansısa bir millətin nümayəndəsi bu döyüşübsə, mən şərəfsizəm, namussuzam, qeyrətsizəm. Nə bir pakistanlı nə bir digər xalqın nümayəndəsi Qarabağda döyüşməyib.Düzdür qardaşımız olan Türkiyəmiz özünün hərbi texnikası ilə ordumuza kömək etdi.Amma vuruşan azərbaycanlılar idi.
Qarabağ işğal olunanda sizin 10 yaşınız var idi və siz Qarabağı demək olar ki, görməmisiniz. Amma vətəndaşlıq borcunuzu yerinə yetirdiniz. Ümumiyyətlə maraqlıdır erməni ilə üz-üzə gələndə ilk olaraq nə etdiniz?
-Deyə bilərəm ki, erməniyə elə od qoymuşuq ki, o çətin bundan sonra özünə gəlsin. Məni qoyun bir kənara,1998-2000-ci ildə doğulanlar, Qarabağı görməyənlərin içində o qisas hissi ki, var idi və alındı,mən baş əyirəm millətimin belə qeyrətli oğulları qarşısında.
Mövzudan kənara çıxaq.Sizin xanım fanatlarınız yetərincədir. Amma indi Vətən müharibəsində iştirak edən bir azərbaycanlı olaraq, daha da çox olacaq. Ümumiyyətlə 38 yaşınız var və hələ də subaysınız, nə vaxt evlənmək haqqında fikirləşəcəksiniz?
-Nə vaxt ruh əkizim qarşıma çıxsa, o zaman da evlənəcəm.Hələ ki, belə bir insan yoxdur.
Bəs yaxşı həmin xanım hansı keyfiyyətlərə malik olmalıdır?
-Vicdanı olmalıdır hər şeydən əvvəl.Mən bir az əsəbi insanam. Elə ona görə də , sözü uzadan insanı sevmirəm.Ənyaxşı lal olsun, ürəyi partlasın və danışa bilməsin, əli ilə başa salsın məni.Ümumiyyətlə lal xanımla evlənəcəm. Lal xanım axtarıram və tapacam da.
Vüqar bəy müsahibə üçün təşəkkür edirəm.
-Mən sizə təşəkkür edirəm Aytən xanım.Çox sağ olun.