Cəbhə bölgəsində 11 məktəb dağıntılara məruz qalıb – Təhsil Nazirliyi

Baxılıb:490
Cəbhə bölgəsində 11 məktəb dağıntılara məruz qalıb – Təhsil Nazirliyi

Sentyabrın 27-dən ötən 4 gün ərzində erməni işğalçı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini davamlı atəşə tutması nəticəsində şagirdlərdən həlak olanlar, müəllimlərdən isə müxtəlif bədən xəsarətləri alanlar var.

Təhsil Nazirliyindən verilən məlumata görə, Naftalan şəhərində bir evə düşən mərmi nəticəsində rayonun Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin VII sinif şagirdi Şəhriyar Qurbanov və IX sinif şagirdi Fidan Qurbanova həlak olub.

Tərtər rayonu Seyidimli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Mübariz Əliyev isə ayağından qəlpə yarası alıb.

Tərtərin 6, Ağdamın 2, Füzuli, Goranboy və Kəlbəcərin hər birində 1 məktəb müxtəlif dərəcəli dağıntılara məruz qalıb.


Abunəlik