Bütün zamanların ən isti fevralı yaşandı
Avropa İttifaqının (Aİ) Kopernik peyk monitorinq sistemi ilə aparılan ölçmələrə görə, keçən ay dünyada indiyə qədər qeydə alınan ən isti fevral olub.
Keçən ay dünya üzrə orta səth hava istiliyi 13,54 dərəcə selsi olaraq ölçülüb.
Bu ölçü fevral ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,81 dərəcə, 2016-cı ildə qeydə alınan əvvəlki ən isti fevraldan isə 0,12 dərəcə yüksək olub. Belə ki, son 9 ay indiyədək qeydə alınan ən isti aylar olsa da, son 12 ayda (2023-cü ilin mart-2024-cü ilin fevral ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,68 dərəcə yüksək artıb.
Avropada builki qış 1991-2020-ci illərin orta göstəricisindən 1,44 dərəcə yüksək olub və 2019-2020-ci illərin qışından sonra rekordlar üzrə ikinci ən isti qış kimi qeydə alınıb.