Bütün Ukraynada həyəcan siqnalı verildi: Hücum gözlənilir
Kiyev və iki region, Jitomir və Vinnitsa istisna olmaqla, bütün Ukraynada hava hücumu sirenləri səslənir.
Bu barədə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.
Məlumata görə, Dnepropetrovsk, Kirovoqrad, Sumı, Poltava, Xarkov, Kiyev, Çerniqov, Odessa, Nikolayev, İvano-Frankivsk, Xmelnitski, Çernivtsi, Volın, Ternopıl, Zakarpatya və Lvina vilayətlərində həyəcan siqnalı verilib.
Qeyd edək ki, çərşənbə axşamı Kiyevdə də hava hücumu həyəcanı elan edilib, şəhərin meri Vitali Kliçkonun verdiyi məlumata görə, gecə ərzində bir neçə dəfə silsilə partlayışlar eşidilib.