Bunlar çətin həyat şəraiti üçün əsas hesab ediləcək

Baxılıb:37
Bunlar çətin həyat şəraiti üçün əsas hesab ediləcək

“Sosial xidmət haqqında” Qanunun 7-ci maddəsi ilə şəxsin (ailənin) çətin həyat şəraitində hesab edilməsinin əsasları müəyyən edilir. Bura uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması, uşaqların əlilliyinin olması yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması və digər hallar daxildir”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial xidmət haqqında” Qanunun müzakirəsi zamanı deyib.

O yeni layihəyə əsasən, bildirib ki, çətin həyat şəraitində olan şəxsin (ailənin) vəzifələri sırasına sosial işçilərin və sosial xidmətçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq da əlavə olunur:

“Ümumiyyətlə, digər şəxslərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq vəzifə deyil və qanunvericiliyin tələbidir. Belə çıxır ki, bu vəzifə qanunda əksinə tapmasaydı o zaman həmin şəxslərin qarşı tərəfin şərəf və ləyaqətinə hörmətlə yanaşmamalıdırlar.

Digər dəyişikliyə əsasən, sosial işçi ərizənin ona təqdim edildiyi gündən 10 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsini və müəyyənləşdirilməsini həyata keçirir və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yeri və müddətini özündə əks etdirən hesabat hazırlayır. Konkret müddətin göstərilməsi müsbət haldır, amma 10 iş günü kifayət qədər uzun müddətdir. Çünki, müraciət müvafiq icra hakimiyyəti orqanına daxil olduğu gündən 5 iş günü ərzində şəxsin (ailənin) sosial xidmətə olan tələbatının qiymətləndirilməsi və müəyyənləşdirilməsi üçün sosial işçiyə ünvanlanır. Hətta müraciət yazılı və ya şifahı olsa da belə sosial xidmətlər elektronlaşdığı halda niyə sorğu işçiyə 5 iş gününə, yəni 1 həftəyə təqdim olunsun? Yəni bu o deməkdir ki, 15 iş günü tələb olunacaq”.

Parlamentari hesab edir ki, daha qısa müddət müəyyənləşdirmək və istisna hallarda müddəti 10 iş gününədək uzatmaq imkanı daha məqəsədəuyğun olar:

“Çünki bu şəxsləri müraciətləri adətən daha çevik reaksiya tələb edir. Digər tərəfdən, bəzi aylarda qeyri-iş günlərinin sayı kifayət qədərdir, məsələn, mart ayında 12 qeyri-iş günü var. Belə aylarda müraciəti cavablandırmaq bir neçə həftə tələb edə bilər.

Maddət 25.4-də yeni redakasiya belədir: “Ödənişli sosial xidmətlər və dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə ödənişsiz evdə (səyyar) sosial xidmətlər çətin həyat şəraitində olan şəxs (ailə) ilə sosial xidmət göstərən subyektlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir”.

“Dövlət büdcəsinin vəsaiti hesabına zəmanət verilmiş həcmdə” mənası nədir və ümumiyyətlə xidmətlər zamanı büdcə vəsaiti hesabına zəmanət verilmiş həcm necə müəyyənləşir?

28-ci maddəsində, məncə, yeni bəndə ehtiyac yoxdur. 28.1. və 28.2 bəndlərini birləşdirmək mümkündür. Nəzarətin həyata keçirilməsi qaydası və standartların tələblərinə əməl olunması nəzarət maddənin bir bəndi kimi birləşdirilə bilər”.

Deputat Əziz Ələkbərli əlavə edib ki, bəzən sosial işçilər evlərə gedəndə əksəriyyəti təhqir olunur, yaxud evdən qovulur:

“Onların hüquqlarının, şərəf və ləyaqətinin qorunması vacib məsələdir. Qarşı tərəf bunun məsuliyyətini hiss etməlidir. Sosial Xidmət Agentliyinin çətin həyat şəraitində yaşayan şəxslərlə bağlı hesabat hazırlaması tam da doğrul deyil.

Çünki Agentlik əməkdaşları evə gedəndə insanları və ailəni tanımır. Gördüyü vəziyyətlə bağlı qərar qəbul edib hesabat verir. Halbuki həmin ailəni ziyarət edərkən yaxşı olar ki, yerli icra orqanları və ya bələdiyyə nümayəndələri bu məsələyə cəlb edilsin. Hesabat hazırlamaq üçün nümayəndələrin iştirakı ümumi işin xeyrinə olar”.


Abunəlik