Bugün “Sağlam Ruh – Xoşbəxt Gələcək” Adlı Layihənin Açılış Tədbiri Olub-Fotolar
AzTimes.az xəbər verir ki, Bugün Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant Müsabiqədə qalib olmuş “Sağlam Ruh – Xoşbəxt gələcək” adlı layihənin açılış tədbiri baş tutdu.
Tədbirdə Gəncə Şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gənc alim prezident mükafatçısı Elnur Həsənov, Təhsil İdarəsinin əməkdaşları, Samux və Gəncə Şəhər məktəb direktorları, “Güvən” xeyriyyə və dostluq cəmiyyətinin sədri Nigar Bayramlı, 9-cu sinfin sinif rəhbərləri və digər müəllimlər iştirak etdi.
Tədbiri giriş sözü ilə Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin direktoru Əliağa Səfərəliyev açıq elan etdi. O çıxış edərək bildirdi ki, belə lahiyələr davamlı olsa və şagirdlırı lahiyə çərçivəsində mütamadi işlər gedərsə təhsil prosesində o cümlədən yeniyetmələr arasında tərbiyyəvi təsirin güclənməsinə və nəticə əldə etməsinə zəmin yaranacaq. Sonda Əliga müəllim bir məktəb direktoru kimi layihə müddətində dəstəyini əsirgəməyəcəyini və layihənin davamlı olacağını bildirdi.
Daha sonra Gəncə Şəhəri Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək layihənin mövzusunun aktuallığından, gənc müəllimlərə verilən dəstəkdən danışdı. O bildirdi ki, məktəblilər arasında sağlamlığa zərərli vərdişlərin zərərli olması barədə düzgün məlumat vermək zərurəti vardır və şagirdlərlə layihə müddətində görülən pedaqoji və profilaktiki işlər təqdirə layiqdi . Onun motivasiyaedici fikirləri iştirakçılar tərəfindən alqışla qarşılandı.
Layihə rəhbəri Mehdi Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb liseyin ingilis dili müəllimi Leyla Camalzadə layihə haqqında ətraflı məlumat verdi. Görüləcək işlərdən bəhs etdi. Tədbir iştirakçılarının suallarını cavablandırdı.
Layihənin eksperti, hüquqşünas Sərxan Sadıxov çıxışında yeniyetmələrin qarşılaşdığı problemlərə toxundu. O bildirdi ki,lahiyyənin əsas məqsədi gənc nəsildə sağlam həyat tərzi bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir və bununlada lahiyənin aktuallığı vurğulanır.Lyihənin digər eksperti III və IV Qrant müsabiqəsi qalibi, Göygöl rayonu Çaylı Kənd orta məktəbinin müəllimi Səltənət Qurbanova məktəbdə şagirdlərin ruh yüksəkliyinin onların təhsilinə bir başa təsir edəcəyini bildirdi. Layihənin təlimçisi pedaqoq, Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbinin müəllimi Aysel Fikrətli isə mövzuya pedaqoq aspektindən yanaşıb iştirakçıların suallarını cavablandırdı.
Layihə iştirakçıları Elnur Həsənov, digər məktəb direktorları çıxış edərək layihə rəhbərini təbrik etdi, layihə əməkdaşlarına uğurlar arzuladı və gələcəkdə əməkdaşlıq xarakterli layihələrin olmasını arzuladıqlarını bildirdi.
Tədbir dialoq şəklində davam etdiyi üçün olduqca maraqlı və faydalı sujet xəttinə malik oldu. Hər kəs son dərəcə məmnun ayrıldı tədbirdən.
//xebəral.az