Bu yol tam bağlanacaq – Sürücülərin nəzərinə!
Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə mayın 17-si saat 00:00-dan etibarən İlqar Abdullayev küçəsində – Masazır-Novxanı avtomobil yolu ilə birləşmədən Saray Polis Bölməsinə qədər olan hissədə nəqliyyatın hərəkəti tam dayandırılacaq.
Buna səbəb Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində inşa olunan tunelin giriş hissəsinin tikintisidir. Hərəkət məhdudiyyəti tikinti başa çatanadək qüvvədə qalacaq.
Sürücülərə əvvəlcədən alternativ yollardan istifadə etmələri tövsiyə olunub.