Bu tikinti şirkəti əmək qanunvericiliyini pozdu – CƏRİMƏ

Baxılıb:162
Bu tikinti şirkəti əmək qanunvericiliyini pozdu – CƏRİMƏ

“Kristal-F” Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.

Aztimes.az  xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Abbas Rzayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Rəşad Əliyevdir.

Pravda.az


Abunəlik