Bu tərəvəzlərin qiyməti bahalaşdı – QİYMƏTLƏR
Yayın bitməsinə az vaxt qalıb. Hazırda bütün evlərdə qışa tədarük görülür. Mürəbbələr bişirilir, turşular hazırlanır.
Bazarlarda istənilən növ meyvə-tərəvəzə rast gəlmək olur. Yəni qıtlıq yoxdur, əksinə bolluqdur. Qiymətlər də həmişəki kimi fərqlidir.
Yay fəsli başlayandan qiyməti həmişə müzakirələrə səbəb olan pomidor hazırda 50 qəpik – 1 manat arasında satılır. Bununla belə bazarda 2 manata olan pomidorlara da rast gəlmək mümkündür.
Satıcılar isə satdıqları məhsulun baha olmadıqlarını deyir.
Qarpızın kiloqramının qiyməti 20-25 qəpik, hazırda böyük təlabat olan kələmin qiyməti isə 40 qəpikdir. Meyvələrin qiyməti isə ötən həftələrdə olduğu kimidir, dəyişiklik yoxdur.
Xəzərxəbər