Bu şəxslər mülki odlu silah əldə edə biləcəklər

Baxılıb:32
Bu şəxslər mülki odlu silah əldə edə biləcəklər

Azərbaycanda iyirmi bir yaşına çatmış vətəndaşlara mülki odlu silah əldə etmək hüququ verilir.

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Xidməti və mülki silah haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, Azərbaycanda 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah əldə etmək hüququ var.

Layihəyə əsasən, Azərbaycan Respublikasında 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının odlu silah istisna olmaqla, mülki silah əldə etmək hüququ olacaq, 21 yaşına çatmış vətəndaşlara isə mülki odlu silah əldə etmək hüququ verilir.


Abunəlik