“Bu şəxslər iş yerindən foto paylaşmasın” – Ekspert terror təhlükəsindən danışdı
Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən əhaliyə erməni terroru ilə bağlı ehtiyat xəbərdarlığı edilib. Düşmən tərəfin ölkə ərazisində təxribata əl atacağı ilə bağlı ehtimalları nəzərə alaraq dövlət qurumları insanları diqqətli olmağa çağırırb.
Maraqlıdır, diqqət yetirməli olduğumuz məqamlar nələrdir? Risk zonaları deyilən ünvanlar varmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev şübhəli şəxslər görərkən diqqət yetirilməli məqamları açıqlayıb:
“İnsanlar hazırkı vaxtda maksimum ayıq-sayıq olmalıdırlar. Əgər hansısa şübhəli əşya ya şəxs görərlərsə aidiyyatı qurumlara xəbərdarlıq edilməlidir. Bundan başqa şübhəli əşya görən şəxs ətrafdakıları da xəbərdar etməlidir ki, onlar da maksimum ehtiyatlı olub, riskli vəziyyətə yaxın olmasınlar.
Şübhəli şəxs görəndə mütləq onun üzərində hansısa ləkənin olub-olmamasına, üzərindəki aksessuarlara diqqət yetirmək lazımdır. İnsanların bu vəziyətlərdə panikaya düşməsinə ehtiyac yoxdur. Hamımızda evdə ya işdə fövqəladə hallarda nə etməyimizlə bağlı təsəvvürlər var. Bu qaydaları bir daha indidən nəzərdən keçirmək yaxşı olardı”.
Ekspert insanlara konkret olaraq hansısa məkanda olmaqla bağlı qadağanın tətbiq edilməsinin daha riskli olacağını deyir:
“Bundan əlavə bu hallarla bağlı məlumatı olmayan şəxsləri, yəni KİV-ə çıxışı olmayanları da bilgiləndirmək yaxşı olardı. Ciddi zərurət yoxdursa səyahət və toplantılardan uzaq durmaq lazımdır. Bu həm də mövcud pandemiya dönəmində önəmlidir. Strateji obyektlərdə çalışan şəxslər iş yerlərindən foto çəkdirib paylaşmamlıdırlar. İndi kiməsə demək olmaz ki, bura risk zonasıdır, getmə. Bu daha çox təhlükə yaradar düşməni də xəbərdar edək. Sadəcə hər yerdə diqqətli olmaq yetər”.