“Bu şəhərdə” Azərbaycan əsgərini təhqir etdi- Aidiyyatı qurumlar DİQQƏT

Baxılıb:3877
“Bu şəhərdə” Azərbaycan əsgərini təhqir etdi- Aidiyyatı qurumlar DİQQƏT

Azərbaycan İkinci Qarabağ, Üçüncü Vətən Müharibəsinin ən şərəfli səhifəsini yaşayır. Ordumuz hər gün, yeni qalibiyyətlərə imza atır. Demək olar ki, hər gün Ali Baş Komandan xalqı sosial şəbəkə üzərindən paylaşımları , videomüraciətləri ilə qururlandırır. Bu müddət ərzində vətənpərvərlərlə vətənşüvənlər çox gözəl ayırd edilib. Bu müharibəni özünə qazanc şou mənbəyinə çevirib gündəm zəpt etməyi bacaran da var, Vətən üçün canından keçib vətən daşı olmağı gözə alaraq tarix yazanlar da.
Daim sənəti ilə gündəmə gələnlər sam-sakit orduya dəstək olaraq, xalqa mənəvi dayaq durmaqla məşğuldurlar. Paltarı, ayaqqabısı, dəyişdiyi ərlərin, arvadların siyahısı ilə gündəmə gələnlər də öz ampulasında. Müqəddəs Azərbaycan əsgərinin formasında boy-boy fotosessiya edərək bunu bütün sosial şəbəkələrdə reklam edənlərə bir sözüm yoxdur. Vətənpərvərliyi hərə bir cür anlayır və nümayiş etdirir. Amma nə olur , olsun insan etdiyi hər işi müqəddəs yurdun və müqəddəs ruhun naminə urvatsız etməməlidir.
İllərlə bayağı, şit səhnəcikləri ilə zövqləri korlayan “Bu şəhərdə” komandası öz “vətənpərvərliyni” ən səviyyəsiz şəkildə nümayiş etdirib. Belə ki, hansısa postsovet məkanında çəkilmiş bir qrup hamilə qadın şəklini paylaşaraq “Anna Akopyanın dəstəsi Qarabağdan qayıdır ” başlığı ilə paylaşıb. Bu düşmənə yox, Azərbaycanın müqəddəs əsgərinə təhqirdir. Bu addımı sıradan bir vətəndaş atsa dərd yarıdır. Bunu minlərlə izləyicisi olan, özünü xalqa şoumen kimi sirişdıran ” Bu şəhərdə ” kollektivi edib. Bununla da dövlətimizin apardığı haqq mübarizəsində yolumuza qaratikan olan erməni təxribatçılarının əlinə böyük bir “fakt ” vermiş olur. Səhər ermənilər bu paylaşımı əllərində bayraq edərək bütün dünyaya car çəkəcəklər ki, ” baxın, biz demirik, özlərinin tanınmış simaları deyir ki, Azərbaycan əsgəri zorakıdır,vandaldır, manyakdır”. İndi gəl dəlinin quyuya atdığı bu daşı çıxar , görüm necə çıxarırsan.
Azərbaycan ordusunda düşmənlə mübarizə aparan hər bir əsgər atadır, ərdir, qardaşdır. Neçə ürəyi qubar bağlamış, əlləri qabar bağlamış ata-ananın balası gedir ölümlə çarpışa-çarpışa qələbəyə sarı. Onlar öz qanını axıdır ki, biz qələbə şərbətini dadaq. Kəlbəcərdə əsir düşmüş neçə qız gəlinin ləkələnmiş namusunu yumaq üçün vuruşurlar. Xocalıda dümağ saqqalı ,birçəyi al qanına boyanmış piranı babaların, nurani nənələrin qisası üçün vuruşurlar. Balası Daşaltı meşələrində buz heykələ dönmüş anaların ahını almaq üçün vuruşurlar. Onlar qanlarını it qanına qarışdırmaq üçün ayaq basmayıb müqəddəs torpaqlara. Onlar vətənin bütövlüyü üçün ordadırlar. Bu şərəfli yola kölgə salan kim olursa olsun cəzalanmalıdır.
Vətəndaşların boy-boy rəylərinə cec verməyən admin heyəti təhqir və etirazlara baxmadan postu silməyib. Ümidvarıq ki, aidiyyatı qurumlar bu məsələ ilə məşğul olacaqlar. Bu ölkəyə, bu xalqa ,bu orduya dəstək ola bilmirsinizsə, köstək də olmayın.”Vətənpərvərliyi izi” dürtün bir yerələrə.

Qeyd:Bu yazılan etiraz dolu rəylərin bir hissəsidir.

Pərvin Abışova AzTimes.az


Abunəlik