Bu restoranın sahibi HƏBS EDİLDİ

Baxılıb:319
Bu restoranın sahibi HƏBS EDİLDİ

Restoran sahibi 10 gün inzibati həbs edildi

       Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Ladera” adı istirahət mərkəzində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun AzTimed az-a bildirdiyinə görə obyektin sahibinə əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.Rayon Polis Şöbəsi əməkdaşları qeyd olunan istirahət mərkəzində qanunvericiliyin tələblərinə müvafiq olaraq restoranın sahibi Abdul Hüseyinovu  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq  10 gun inzibati həbs edib. 


Abunəlik