Bu qidalar istiyə dözməyinizə KÖMƏK EDƏCƏK

Baxılıb:101
Bu qidalar istiyə dözməyinizə KÖMƏK EDƏCƏK

Bəzi tərəvəzlər isti havada özümüzü yaxşı hiss etməyimizə kömək edə biləcək.

Dietoloq Yelena Solomatina yerli KİV-ə müsahibəsində düzgün qidalanma yolu ilə yay istisinin öhdəsindən gəlmək üçün dəyərli məsləhətlər verib.

O, istilər zamanı daha çox pomidor və kök yeməyin vacib olduğunu vurğulayıb.

Dietoloqun sözlərinə görə, bu qidaların tərkibində bədənə yüksək temperaturun öhdəsindən gəlməyə kömək edən likopen var. Tərkibində karotenoid və beta-karotin olan yerkökünu xama ilə yedikdə xüsusilə faydalıdır.

Bundan əlavə, Solomatina vurğulayıb ki, karotenoidlərlə zəngin göyərti və tərəvəzlər ultrabənövşəyi şüalardan qorunmaqda, dərinin və görmə qabiliyyətinin sağlam saxlanmasında mühüm rol oynayır.

Onun fikrincə, isti havalarda pəhrizinizi dəyişdirməyə dəyər, xüsusən də lazımsız qidaların istehlakını azaltmaq lazımdır. İlk növbədə, söhbət mal, donuz və quzu əti kimi həzm olunmayan zülal və yağlardan gedir. Pəhrizdə bunu balıq, toyuq, hinduşka və ya dovşan əti ilə əvəz etmək daha yaxşıdır. Solomatina isti havada çoxlu mayonezli salatlar düzəltməyi məsləhət görmür.


Abunəlik