Bu qaydanı pozan şəxslər 80 AZN cərimələnəcək

Baxılıb:213
Bu qaydanı pozan şəxslər 80 AZN cərimələnəcək

Bakıda qanunsuz küçə ticarəti hallarına qarşı mübarizə tədbirləri çərçivəsində profilaktik tədbirlər keçirilib.

Aztimes.az  xəbər verir ki, Sabunçuda tədbir zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıb.

Qeyd edək ki, qanunsuz küçə ticarəti ilə məşğul olanlar 80 manat cərimə olunacaqlar.


Abunəlik