Bu qəsəbələrdə yaşayanlara ŞAD XƏBƏR-İLİN BİRİNCİ YARISI…

Baxılıb:340
Bu qəsəbələrdə yaşayanlara ŞAD XƏBƏR-İLİN BİRİNCİ YARISI…

Yaxın vaxtlarda Bakının 3 qəsəbəsində internet sürətindən əziyyət çəkənlərin bu problemi aradan qalxacaq.

“Baktelecom” tərəfindən hazırda Binəqədi kəndində və Biləcəri qəsəbəsində “Evədək optika” layihəsi çərçivəsində müasir telekommunikasiya xətlərinin çəkilişi sürətləndirilib. 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Ölkə.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, artıq sözügedən ərazilərin optik şəbəkə istismara buraxılan hissələrində sakinlərə genişzolaqlı xidmətlər təqdim edilir:

“Ümumilikdə Binəqədi və Biləcəri qəsəbələri üzrə 40 000 nömrə tutumlu optik infrastrukturun mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulub. 

2022-ci ilin birinci yarısında M.Ə.Rəsulzadə qəsəbəsində zəruri stansiya avadanlıqlarının quraşdırılmasına və müasir standartlara cavab verən kabellərin çəkilişinə başlanılacaq. Telekommunikasiya infrastukturu tam inşa edildikdən sonra sakinlərin bir xətt üzərindən telefon, internet və televiziya xidmətləri ilə təminatı həyata keçiriləcək” – cavabda bildirilib.

Qeyd edək ki, fiber internet, fiber optik kabellərlə təmin edilən internet sisteminə verilən addır. Məlumat elektrik əvəzinə işıq ötürən şüşə və ya plastik tellərdən hazırlanmış fiber optik kabellər üzərində aparılır. Fiber kabellər sayəsində fiber internet sürəti digər internet bağlantılarından daha yüksəkdir. Dünyanın ən sürətli internet sürəti olaraq qəbul edilən fiber internet, fiber optikada məlumatlar çox sürətlə hərəkət etdiyi üçün “yüngül, sürətli internet” olaraq da adlandırılır.


Abunəlik