Bu ölkədən kritik Türkiyə qərarı: Tək çarə Ankaradır
Rusiya qazının Ukrayna ərazisindən keçməsi dayandırıldıqdan sonra Slovakiya Rusiya qazını “Türk axını” kəməri ilə Macarıstan üzərindən nəql etməyə başlayıb.
Slovakiyanın ən böyük təbii qaz ötürmə şirkəti olan “Eustream”-in Ukrayna sərhədi yaxınlığında yerləşən Velke Kapusany şəhərindəki obyekti Ukrayna üzərindən Avropaya nəql edilən Rusiya qazının nəqli üçün istifadə olunurdu.
Lakin Ukrayna Rusiya ilə davam edən müharibə səbəbindən tranzit sazişini yenidən müzakirə etməkdən imtina etdikdən sonra, ilin əvvəlində Ukrayna üzərindən Rusiya qazının Avropa İttifaqı (Aİ) ölkələrinə axını dayandırılıb.
Bu səbəbdən Slovakiya Rusiya qazını “Türk axını” kəməri ilə Macarıstan üzərindən nəql etməyə başlayıb. Rusiyanın enerji şirkəti “Qazprom” da Ukraynanın Avropaya təbii qaz tədarükü ilə bağlı müqaviləni uzatmaması və Moldovanın borcunu ödəməməsi səbəbini əsas gətirərək yanvarın 1-dən Avropaya qaz nəqlini dayandırdığını açıqlayıb.
Rusiyadan Avropaya təbii qaz daşıyan boru kəmərlərinin istismardan çıxması və Ukrayna üzərindən qaz nəqlinin dayanması ilə “Türk axını” təbii qaz boru kəməri qazı Avropaya daşıya bilən yeganə tranzit marşrutu kimi diqqət mərkəzindədir.