Bu ölkədə koronavirusun altıncı dalğası BAŞLADI

Baxılıb:123
Bu ölkədə koronavirusun altıncı dalğası BAŞLADI

Yaponiya koronavirus infeksiyalarının altıncı dalğasına daxil olub.

AZTİMES.AZ xəbər verir ki, bu barədə ölkənin Həkimlər Assosiasiyasının rəhbəri Toşio Nakaqava təşkilatın həkimlərinin fikrinə əsasən bildirib.

“Hesab edirik ki, ölkə altıncı dalğaya qədəm qoyub. Xüsusən də, bu dəfə xəstəliklərin sayı artmağa başlayandan bəri onların artım tempi son dərəcə yüksəkdir”, – deyə o qeyd edib.

Cümə axşamı Yaponiyada sentyabrın ortalarından bəri ilk dəfə gündə 4 475 koronavirusa yoluxma hadisəsi aşkar edilib. Bu, əvvəlki günlə müqayisədə təxminən iki dəfə, iki gün əvvəlki ilə müqaisədə isə dörd dəfə çoxdur.


Abunəlik