Bu ölkədə günəş tutulması ilə əlaqədar rəsmi tətil ELAN EDİLDİ
İraqın bir çox şəhərində günəş tutulması ilə əlaqədar tətil elan edilib.
Mosul valiliyi rəsmi tətil elan etdikdən sonra Anbar valiliyindən də oxşar qərar gəlib. Ölkənin cənubundakı Vasıt və Meysan şəhərlərində də günorta saatlarında rəsmi tətil olduğu açıqlanıb.
İraq Kürd Regional Rəhbərliyində Təhsil Nazirliyindən verilən açıqlamada bildirilib ki, aidiyyatı qurumların göstərişinə əsasən, rayonda günorta saatlarında fəaliyyət göstərən məktəblərdə tətil elan edilib.